Qazaxıstanda MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçiriləcək

MDB Parlamentlərarası Assambleya Şurasının martın sonunda Qazaxıstanda keçirilməsi nəzərdə tutulan iclasının təxirə salınması və ya ləğvi üçün heç bir əsas yoxdur.

Trend-in məlumatına görə, bunu MDB Parlamentlərarası Assambleya Şurasının və Rusiya Federsiya Şurasının sədri Valentina Matviyenko deyib.

O bildirib ki, Qazaxıstandakı vəziyyət stabilləşir, ona görə də iclasa hazırlıqlar davam edir.

«Bununla yanaşı biz xarici tətəfdaşlarımızı bu təntənəli tədbirə dəvət etmək niyyətindəyik. Qazaxıstanda da bu iclasın keçirilməsinə maraqlıdırlar», — deyə o bildirib.

Qeyd edək ki, Assambleya bu il 30 illiyini qeyd edir. Bu qurumun yaradılması barədə saziş 1992-ci ildə Almatıda imzalanıb. Bununla əlaqədar olaraq Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə Şuranın növbəti iclası və bununla bağlı tədbirlər Almatıda keçiriləcək.