Qazaxıstan Nur-Sultan şəhərinin adını yenidən Astana olması üçün imza toplamağa başlayıb

Qazaxıstan ölkənin paytaxtı Nur-Sultan şəhərinin adının yenidən Astanaya dəyişdirilməsi üçün imza toplamağa başlayıb. Bu barədə KazTAG məlumat yayıb.

Müvafiq petisiya internetdə yayılıb. Onun müəllifləri bildirirlər ki, paytaxtın yeni Nur-Sultan adı insanlar tərəfindən mənfi qarşılanır, sakinlər gündəlik həyatda əvvəlki addan istifadə edirlər. Müraciətdə deyilir: “Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının prezidenti, hökuməti və ölkə parlamentindən şəhərin keçmiş adını paytaxta qaytarılmasını xahiş edirik”.

Müəlliflər həmçinin Qazaxıstanın digər şəhərlərindəki keçmiş prezident Nursultan Nazarbayevin adını daşıyan küçələrin də adlarını “ölkənin dövlətçiliyini, birliyini və müstəqilliyini vurğulayan” neytral adlarla dəyişməsini təklif edirlər.

virtualaz.org