Qazaxıstan DTK Nazarbayevin qardaşı oğlunun sədrin birinci müavini olaraq qaldığını təsdiqləyib

Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Samat Abişin idarə sədrinin birinci müavini postunu tutmaqda davam etdiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə cümə günü Qazaxıstan DTK-nın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, o, hazırda məzuniyyətdədir.

Qeyd edək ki, Samat Abiş Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin qardaşı oğludur.

Bundan əvvəl sosial şəbəkələrdə Abişin artıq Qazaxıstan DTK sədrinin birinci müavini vəzifəsindən azad edildiyi barədə məlumatlar yayılmışdı.