Nazabayevin kiçik qızı özünü ələ verdi – 300 milyonu götürüb ora gedibmiş

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyənin İnstaqramdakı paylaşımları onun BƏƏ-də olduğunu üzə çıxardıqdan sonra sosial şəbəkə hesablarını silib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.

Onun İnstaqram və Feysbukdakı səhifələrinə daxil olmağa çalışarkən istifadəçilər belə mesajlar görürlər: “Ola bilsin ki, sahibi məzmunu silib və ya ona girişi məhdudlaşdırıb” və “Ola bilsin ki, etibarsız keçiddən istifadə edilib və ya səhifə silinib”.

Bu, Aliyənin Qazaxıstandakı iğtişaşlara münasibət bildirən ilk Nazarbayev ailəsi üzvü olandan bir müddət sonra baş verib. Bununla belə, istifadəçilər İnstaqramın onun coğrafi yerini avtomatik olaraq Birləşmiş Ərəb Əmirlikləri olaraq təyin etdiyini görüblər.

Nazarbayevanın Feysbuk sosial şəbəkəsindəki hesabı da yoxlanılıb.

Bundan əvvəl “The Sunday Telegraph” qəzeti yazıb ki, Aliyə Nazarbayeva 2006-cı ildə London və Dubayda daşınmaz əmlak və şəxsi təyyarə alıb. Onun bu məqsədlə Qazaxıstandan 300 milyon dollar çıxardığı bildirilib.