Keçmiş baş nazir vəfat etdi

Yaponiyanın keçmiş baş naziri Toşiki Kayfu 91 yaşında vəfat edib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, keçmiş baş nazir bazar günü, yanvarın 9-da vəfat edib. Ölümün səbəbləri barəsində məlumat verilmir.

 

Toşiki Kayfu 1989-cu ilin avqustundan 1991-ci ilin noyabrına qədər baş nazir vəzifəsində çalışıb. O, özünümüdafiə qüvvələrinin bölmələrinin xaricdə yerləşdirilməsini təsdiqləyən Yaponiya hökumətinin ilk rəhbəri oldu.

 

Hərbi qulluqçular Körfəz müharibəsindən sonra mina təmizləmə əməliyyatlarında iştirak edib.