İlham Əliyev İsrail Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa başsağlığı məktubu göndərib.

LAF TV.az xəbər verir ki, başsağlığında deyilir:

«Hörmətli cənab Prezident,

Ananız — Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm».