Hindistanda qatar qəzası nəticəsində 9 nəfər ölüb, 45 nəfər yaralanıb

Cümə axşamı Hindistanın şərqində qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı azı 9 nəfərə çatıb, azı 45 nəfər yaralanıb, onlardan 10-nun vəziyyəti ağırdır.

“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Cümə axşamı Hindistanın şərqindəki Qərbi Benqal əyalətində Mainaquri şəhəri yaxınlığında Quvahati-Bikaner marşrutu ilə hərəkət edən sərnişin qatarının azı 12 vaqonu relsdən çıxıb.

Hazırda qəzanın səbəbləri araşdırılır.

Hadisə yerində xilasetmə əməliyyatı aparılır. Vaqonlarda hələ də qurbanların ola biləcəyi istisna edilmir.

Bundan əvvəl bu kanal 3 nəfərin öldüyü və 20-dən çox insanın yaralandığı bildirilib.

Qərbi Benqal hakimiyyəti həlak olanların ailələrinə 500 min Hindistan rupisi (6 700 ABŞ dolları), yaralı qatar sərnişinlərinə 100 min Hindistan rupisi (1 300 ABŞ dolları) məbləğində təzminat ödəyəcəyini açıqlayıb.