Bu il metroya daha 4 yeni qatar alınacaq

2022-ci ildə isə hər biri 5 vaqondan ibarət daha 4 hərəkət tərkibi (cəmi 20 vaqon) alınacaq.

“Bakı Metropoliteni” QSC-dən LAF TV.az-a verilən məlumata görə, 2021-ci ilin ikinci yarısında hərəsində 5 vaqon olmaqla cəmi 20 yeni vaqondan (81-765B/766 B seriyalı) ibarət 4 hərəkət tərkibi xəttə buraxılıb. “

«Transmaşholdinq” SC-nə daxil olan «Metrovaqonmaş” müəssisəsinin istehsalı olan 4-cü nəslə aid vaqonların sayı 95-ə, başqa sözlə, qatarların sayı 19-a çatdırılıb.

2022-ci ildə isə hər biri 5 vaqondan ibarət daha 4 hərəkət tərkibi (cəmi 20 vaqon) alınacaq. Hər gün metropoliten xətlərinə 40-46 qatarın buraxılmasını nəzərə alaraq, bununla xətlərdə olan qatarların təxminən 50 faizə yaxınının yenilənmiş olduğunu söyləmək mümkündür», — QSC-dən deyilir.