«Azəriqaz» ötən il 1 000-ə yaxın işçisinə töhmət verib

2021-ci ildə Dövlət Neft Şirkətinin (SOCAR) «Azəriqaz» İstehsalat Birliyi yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.

“Report”un məlumatına görə, bunu qurumun baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin suallarını cavablandırarkən bildirib.

«Töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əmək haqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb», — deyə o, qeyd edib.