Almatıda iğtişaşlar zamanı 7 nəfər itkin düşüb

Qazaxıstanın Almatı şəhərinin hüquq-mühafizə orqanları iğtişaşlar başlayandan sonra itkin düşən 7 nəfəri axtarır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkədə həyata keçirilən terrora qarşı əməliyyat barədə rəsmi məlumat paylaşan “Almatı faciəsi” teleqram kanalı yayıb.

Məlumata görə, yanvarın 4-dən 22 nəfər rəsmi olaraq itkin düşən hesab olunurdu. Onlar barədə rəsmi olaraq polisə məlumat verilib, 15-i tapılıb. 7 nəfər isə hazırda axtarılır.

Xatırladaq ki, yanvarın 2-dən Qazaxıstanın bir neçə şəhərində etiraz aksiyaları keçirilib. Bu aksiyalar bir neçə gündən sonra kütləvi iğtişaşlara çevrilib. İğtişaşlar zamanı polis, hərbçi və hakimiyyət orqanlarına hücumlar edilib. Hadisələr nəticəsində minlərlə insan xəsarət alıb, həlak olanların dəqiq sayı hələ ki, bilinmir. Ölkə rəhbərliyinin məlumatına görə, asayiş bərpa olunub.