Almaniya XİN başçısı Ukraynaya səfər edəcək

Almaniyanın xarici işlər naziri Annalena Berbok yanvarın 17-də Ukraynaya, yanvarın 18-də isə Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer bildirib.

Onun sözlərinə görə, səfər müəyyən olunmuş siyasi kontekstdə reallaşacaq.

«Rusiya-Ukrayna sərhədindəki vəziyyətlə əlaqədar təcili qərar qəbul edilməsi, eləcə də müxtəlif danışıqların formatı tələb olunur”, — nazirliyin nümayəndəsi əlavə edib.