Ali Məhkəmə Baydenin qərarını dayandırdı

Ali Məhkəmə Bayden administrasiyasının böyük müəssisələrdə çalışan işçilərinin COVID-19-a qarşı peyvənd edilməsi, həftəlik testlərdən keçməsi və iş yerində maskalar taxması tələbinə əməl etməyi dayandırıb.

Teleqraf.com xəbər verir ki, ölüm və xəstəlik sayları günü-gündən artarkən, qərar Ali Məhkəmə tərəfindən 6 əleyhinə 3 səslə qəbul edilib. Hakimlərdən Stiven Breyer, Sonia Sotomayor və Yelena Kaqan buna etiraz ediblər.

Məhkəmənin mühafizəkar əksəriyyəti belə qənaətə gəlib ki, administrasiya ən azı 100 işçisi olan ABŞ bizneslərinə Əməyin Təhlükəsizliyi və Sağlamlığı Administrasiyasının peyvəndi və ya sınaq qaydasını tətbiq etməyə cəhd etməklə öz səlahiyyətlərini aşıb. Amerikanın ən yüksək hüquqi orqanı olan Ali Məhkəmə bəzi tibb işçiləri üçün peyvənd tələbinin ölkə miqyasında qüvvəyə minməsinə icazə verib.

Böyük müəssisələr üçün qaydanın qarşısını alan qərar Konqresin Əməyin Təhlükəsizliyi və Sağlamlığı Komissiyasının belə bir mandat vermədiyi arqumentinə əsaslanır.

Hesab olunub ki, Konqresin peşə təhlükələrini tənzimləmək səlahiyyəti olsa da, bu qurumun daha geniş şəkildə ictimai sağlamlığı tənzimləmək səlahiyyəti yoxdur.