Türkiyədə zəlzələ olub

Türkiyənin Mersin vilayətinin Anamur rayonu yaxınlığında, Aralıq dənizində zəlzələ baş verib.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) yayıb.

 

Qeyd olunub ki, 3,9 bal gücündə olan zəlzələ yerli vaxtla səhər 12:43 radələrində qeyd alınıb.

Zəlzələnin epinsentri yerin 19,8 kilometr dərinliyində olub.