Türkiyə Prezidenti: «Aİ Kipr məsələsində yunanlara kor-koranə şəkildə sözçülük edir»

“Yunanlar özlərini adanın yeganə sahibi görən, Kipr türklərini yox sayan zehniyyətdən xilas ola bilməyib. Təəssüf ki, Avropa İttifaqı kor-koranə şəkildə yunan tərəfinin sözçülüyünü etdiyi halda eyni coğrafiyanın ayrılmaz parçası olan Kipr türklərinin haqq və hüquqlarını görməzdən gəldi”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı ölkələrinin səfirləri ilə iclasda söyləyib.

“Kipr məsələsinin adadakı reallıqlar əsasında bütün tərəflərin xeyrinə olacaq şəkildə həlli üçün Şimali Kipr Türk Respublikası ilə birgə çalışmağa davam edirik. Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınması həllin qabağını açacaq”, — dövlət başçısı vurğulayıb.