Türkiyə “HÜRJET” hərbi təyyarələrinin istehsalına başlayacaq

Türkiyə “HÜRJET” yüngül döyüş təyyarələrinin istehsalına başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclasında bildirilib.

İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.

Bununla yanaşı, müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələrə barədə də qərar verilib.