Sülhməramlıların Qazaxıstandan çıxarılma proseduru müəyyənləşib

Qırğızıstandan başqa bütün sülhməramlı kontingentləri Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri gündə təxminən 20 döyüş uçuşu ilə Qazaxıstandan çıxaracaq.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə sülhməramlıların nümayəndəsi bildirib.

«Gündə 20 təyyarə reysinin olması planlaşdırılır. İlk növbədə xarici kontingentlər, daha sonra isə Rusiya desantları çıxarılacaq».

Onun sözlərinə görə, Qırğızıstan kontingenti daimi dislokasiya yerlərinə quru nəqliyyatla gedəcək.

“Yaxın iki gündə təyyarələrin Almatı aerodromundan Ermənistan, Belarus və Tacikistan sülhməramlıları ilə birlikdə uçması planlaşdırılır”.