Saakaşvili hakim qarşısına çıxarılır

Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili cümə axşamı günü məhkəmə iclasında iştirak etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə M,.Saakaşvilinin Feysbuk səhifəsində məlumat paylaşılıb.

“Məhkəməyə gəlib, öz sözümü deyəcəyəm. Ayın 13-ü, saat 13:00-da görüşərik”, — deyə bildirilib.

Qeyd edək ki, bu gün Saakaşvilinin qanunsuz sərhədi keçməsi ilə bağlı iş üzrə Tiflis şəhər məhkəməsində iclas keçiriləcək.