Roqozin Qazaxıstanın yeni informasiya naziri haqqında danışdı

Qazaxıstanın yeni informasiya və sosial inkişaf naziri Askar Umarovu “Baykonur kosmodromunda görməyə şad olmayacaqlar”. Bunu “Roskosmosun” rəhbəri Dmitri Roqozin bildirib.

Askra Umarov Rusiya əleyhinə açıqlamaları ilə tanınır. Umarova Rusiya Federasiyasının ərazisinə daxil olmaq qadağandır.

«Biz Baykonur kosmodromunda nazir Asker Umarovu görməyə şad olmayacağıq. Biz onu orada gözləmirik», — Roqozin Teleqram kanalında yazıb.

Baykonur kosmodromu Qazaxıstan tərəfindən Rusiyaya 1994-cü ildə icarəyə verilib. Tərəflər arasında bağlanılmış icarənin müddəti 2050-ci ilə qədər hesablanıb. Hazırda Baykonur Rusiyanın tabeliyindədir və federal əhəmiyyətli statusu daşıyır.