Qarabağda daha bir erməni cəsədinin qalıqları

Qarabağ müharibəsində ölmüş və itkin düşmüş erməni hərbçilərin qalıqlarının axtarışı üzrə işlər davam etdirilir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, axtarış işləri nəticəsində daha 1 nəfərin meyitinin qalıqları aşkarlanıb.
Cəsədin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra məlum olacaq.
Qeyd edək ki, atəşkəs əldə edildikdən sonra tapılan meyit və qalıqların ümumi sayı 1705-dir.