Putinlə Tokayev arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə qazaxıstanlı həmkarı Kasım-Comərt Tokayev arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb.

İki ölkə prezidentləri sülhməramlıların Qazaxıstandakı fəaliyyətini müzakirə ediblər.

“Qazaxıstan Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səmərəli fəaliyyətini nəzərə alaraq ölkədə, nəhayət, asayişin bərpası üzrə tədbirlər haqqında məlumat verib.

Sülhməramlı kontingentinin Qazaxıstan ərazisindən razılaşdırılmış şəkildə çıxarılmasının başlanması ilə bağlı məsələlərə dair fikri mübadiləsi aparılıb”, — Kremldən bildirilib.