Putinin özbəkistanlı həmkarı ilə telefonla danışdı

Rusiya prezidenti Vladimir Putinlə özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

 

Modern.az rus KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı Qazaxıstanda baş verən son hadisələr müzakirə olunub.

 

Qeyd edilib ki, Qazaxıstan rəhbərliyinin, şəxsən prezident Kasım-Jomart Tokayevin qətiyyətli və ardıcıl addımları, habelə KTMT vasitəsilə vaxtında və səmərəli yardım göstərilməsi sayəsində ölkədə vəziyyəti tez bir zamanda sabitləşdirmək mümkün olub.

 

Bundan əlavə, ikitərəfli gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi zamanı Şavkat Mirziyoyevin 2021-ci ilin noyabrında Rusiyaya səfəri zamanı əldə olunmuş razılaşmaların strateji tərəfdaşlıq və müttəfiqliyin daha da möhkəmləndirilməsi naminə ardıcıl surətdə həyata keçiriləcəyini təsdiqləyib.