Nigeriyanın iki qǝsǝbǝsi terror tǝşkilatı Boko Haramın nǝzarǝtinǝ keçib

Terror tǝşkilatı Boko Haram Nigeriyanın şimal-şǝrqindǝki iki qǝsǝbǝni nǝzarǝtinǝ keçirib.

Bu barǝdǝ Borno ǝyalǝtinin valisi Babaqana Zulum mǝlumat verib. O, ǝyalǝtin Abadam vǝ Quzamala qǝsǝbǝlǝrinin Boko Haram tǝşkilatının nǝzarǝtinǝ keçdiyini qeyd edib.

Son zamanlarda terrorçulara ağır zǝrbǝlǝr endirildiyini bildirǝn B.Zulum bu qǝsǝbǝlǝrin geri qaytarılması üçün tǝhlükǝsizlik qüvvǝlǝrinin ǝmǝliyyatlar keçirdiyini vurğulayıb.

2000-ci ilin ǝvvǝlindǝn etibarǝn Nigeriyada öz  mövcudluğunu davam etdirǝn Boko Haram tǝşkilatının 2009-cu ildǝn  bǝri ölkǝdǝ törǝtdiyi hücumlarda 20 mindǝn çox adam ölüb.

Terror tǝşkilatı 2015-ci ildǝn etibarǝn Kamerun, Çad vǝ Nigerdǝ dǝ terror hücumları törǝdir.

Təşkilatın Çad gölü hövzəsində törətdiyi hücumlarda azı 2000 adam həyatını itirib. Boko Haramın bölgǝdǝ törǝtdiyi terror aktları və qarşıdurmalar səbəbindən yüz minlərlə adam evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qalıb.

 

(TRT Azərbaycan)