KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması barədə qərar imzalanıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması barədə qərar qəbul olunub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə KTMT-ya üzv ölkələrin Müdafiə Nazirlərinin Şurasının növbədənkənar iclasında birgə qərar imzalanıb.

Qərarı Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan müdafiə nazirləri imzalayıb.

Kontingentin çıxarılması prosesinin sabah başlayacağı və 10 gün çəkəcəyi vurğulanıb.