KTMT-nin Baş katibi Qazaxıstanda vəziyyətin sabitləşdiyini bildirib

Qazaxıstanda vəziyyət sabitləşib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas bildirib.

 

“Qazaxıstanda keçirilən sülhməramlı əməliyyat göstərdi ki, KTMT-nin potensialı yüksək effektlidir və həqiqətən də səmərəlidir. KTMT əməliyyatı zamanı Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Qazaxıstana 2000-dən çox sülhməramlı və 250 texnika yeridib”, — S. Zas vurğulayıb.

O, Qazaxıstanda xüsusilə fərqlənmiş KTMT sülhməramlılarının mükafatlandırılacağını da qeyd edib.