Köçəryan: «Paşinyanla rəqs edən əsgər təhlükəsizliyin təminatçısı ola bilməz»

«Yanvarın 2-də Vardenis hərbi hissəsində Paşinyanın rəqsini görəndə dərhal onun Cıdır düzündə rəqsini xatırladım, bundan sonra onun artıq ölüm rəqsi olduğu aydın oldu. Özümü pis hiss etdim və xəbərdarlıq etdim, uşaqlar, niyə onunla rəqs edirsiniz? Cıdır düzündəki rəqsdən sonra baş verənləri gördük». 

«Unikal» xəbər verir ki, bu sözləri erməni siyasətçi və media eksperti Tiqran Köçəryan deyib.

«Əsgərlərimizə hörmətlə yanaşıram, amma Paşinyanla rəqs edən əsgər təhlükəsizliyin təminatçısı ola bilməz. Onunla rəqs edən əsgər məğlubiyyətə, düşmənə qapı açmaq, əsir düşmək arzusuna bulaşır. İnsanların özünə gəlmək və başa düşmək vaxtıdır ki, Paşinyan hara daxil olur, orada ölüm olur», — Köçəryan bildirib.