Gürcüstanda “Omikron”a yoluxanların sayı mini ötüb

Gürcüstanda koronavirusun “Omikron” ştamına 58 yeni yoluxa halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək COVID-19-un mutasiyaya uğramış variantına yoluxanların sayı 1 009-a yüksəlib.

Qeyd edək ki, qonşu ölkədə “Omikron”a ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb.