Avropa İttifaqı Ukrayna əsgərlərinə hərbi təlim keçəcək

Avropa İttifaqı Ukrayna əsgərlərinə təlim keçmək üçün missiya göndərməyi planlaşdırır. 

«Unikal» xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali komissarı Cozep Borrell məlumat verib.

«Aİ Ukrayna ordusuna təlim keçmək üçün Ukraynaya missiya göndərilməsini müzakirə edir. Qərar tez bir zamanda veriləcək», — Borrell bildirib.