ABŞ Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib

ABŞ Rusiyanın «Parsek» şirkəti və Rusiya vətəndaşı Roman Alara qarşı sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, sanksiyalar siyahısına həmçinin Moskva və Vladivostokda yaşayan 4 Çin vətəndaşı və 2 Şimali Koreya vətəndaşı daxil edilib.

Nazirlikdən qeyd ediblə ki, onlara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi Şimali Koreyaya qarşı sanksiya siyasətinin tərkib hissəsi kimi həyata keçirilib.