ÜST «omikron» ştamına gündə 7 milyona yaxın yoluxma proqnozlaşdırır

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun «omikron» ştamına yoluxma hallarının kəskin artacağını proqnozlaşdırır.

«Report» xəbər verir ki, bu barədə təşkilatın ofisi tviterdə məlumat yayıb.

Məlumata görə, 6-8 həftə ərzində avropalıların 50 faizindən çoxu (6,7 milyon) «omikron» ştamına yoluxacaq.

Əgər bu baş versə, səkkiz həftədən sonra Avropa əhalisinin yarısı infeksiyaya yoluxmuş olacaq.

ÜST-ün Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib ki, «omikron» yüksək ötürücülüyə malikdir, çünki mutasiyalar sayəsində insan hüceyrələrinə daha asan yapışa bilib. O, həm peyvənd olunmuş, həm də xəstəlikdən sağalmış insanları yoluxdura bilir.