Türkiyədə azərbaycanlı küçənin ortasında güləlləndi

Türkiyədə azərbaycanlıya qarşı silahlı hücum olub.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, hadisə yanvarın 11-i günorta saatlarında İstanbul şəhərinin Esenyurt qəsəbəsində qeydə alınıb. Məlumata əsasən, dövlət qeydiyyat nişanı yerinə “xoşbəxtik” yazılan avtomobillə hərəkətdə olan naməlum şəxslər küçədə azərbaycanlı kişiyə odlu silahdan atəş açıblar.

Tapançadan açılan atəş nəticəsində zərərçəkən ayağından yaralanıb.

Həmin şəxslərin yenidən cinayət baş verən əraziyə gəldikləri, lakin silahın işə düşməməsinə görə geri qayıtdıqları bildirilir. Hadisə zamanı ərazidə azyaşlılar da olub.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.

Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb. Görüntüləri təqdim edirik: