TƏBİB: “Omicron” ştamı öldürücü deyil

“COVID-19 virusunun növləri arasında “Omicron” ştamı yoluxma xüsusiyyətinə görə liderdir. Bu ştam çox sürətlə yayılır və qısa müddətdə epidemik alovlanma yarada bilir”.

 

Bunu Modern.az-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tətqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini Akif Qurbanov bildirib.

 

Onun sözlərinə görə, yeni ştamın törətdiyi xəstəlik ağır gedişə malik deyil:

 

“Bu ştamda ölüm halları müəyyən qədər azdır. Amma daha çox yoluxdurucu olduğuna görə Avropa ölkələri artıq yenidən qapanmalara başlayıb. Əvvəldə demişdik ki, Azərbaycan dünyanın bir hissəsidir və heç yerdən təcrid olunmayıb. Əgər qonşu dövlətlərdə bu ştam aşkarlanıbsa, nə vaxtsa Azərbaycana da gələcək. Sadəcə vaxt məsələsi var idi”.

 

A.Qurbanov bildirib ki, kiçik yaşlı uşaqların orqanizimləri virusa qarşı daha həssasdır: