Şimali Koreya hipersəs raketinin uğurlu sınağını elan edib

KXDR hipersəs raketinin uğurlu sınağını həyata keçirdiyini bildirib.

“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yenhap” agentliyi məlumat yayıb.

“KXDR çərşənbə axşamı lider Kim Çen Inın rəhbərliyi ilə hipersəs raketini uğurla sınaqdan keçirdiyini bildirir”, — agentliyin açıqlamasında deyilir.

Agentliyin məlumatına görə, KXDR hipersəs raketinin 1 000 kilometr uçduğunu və hədəfi dəqiq vurduğunu bildirib.

Qeyd edək ki, Avropa Şurası bəyanat yayaraq, KXDR-in bu ilin 5 və 11 yanvar tarixlərində raket buraxılışlarını pislədiyini, AB isə ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn öhdəliklərə əməl etməyə çağırdığını bildirib.

BMT-nin baş katibi Antoniu Quterreş də KXDR tərəfindən raket sınaqları ilə bağlı xəbərlərdən narahatdır və rəsmi Pxenyanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, Koreya yarımadasındakı vəziyyətlə bağlı danışıqlara başlamağa çağırıb.