Şarl Mişel sabah Çexiyaya gedir

Avropa Şurasının prezidenti Şarl Mişel sabah Çexiyaya səfər edəcək. Səfər çərçivəsində o, Praqada respublikanın baş naziri Petr Fiala ilə danışıqlar aparacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə ölkə hökumətinin mətbuat xidməti bildirib.

 

«Çexiyanın Baş naziri Petr Fiala cümə axşamı, yanvarın 13-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli qəbul edəcək.

 

Danışıqların əsas mövzusu Çexiyanın Avropa İttifaqı Şurasında qarşıdakı [bu ilin iyulun 1-dən yarım aylıq] sədrliyinə hazırlıq olacaq», — deyə qeyd olunub.

 

P.Fiala və Ş.Mişel Avropa Şurasının qarşıdan gələn iclası, eləcə də Avropa üçün digər aktual məsələlər — enerji qiymətləri, hüquq dövləti, miqrasiya və Aİ ticarət siyasəti haqqında danışacaqlar.