Sahibə Qafarova Avropa Parlamentinin sədrinin vəfatı ilə bağlı başsağlığı verdi

Milli Məclisin sədri Sahibə Qafarova Avropa Parlamentinin sədri David Sassolinin vəfatı ilə bağlı başsağlığı verib.

LAF TV.az-ın xəbərinə görə, spiker bu barədə “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir: «David Sassolinin vəfatı xəbər məni kədərləndirdi. Ailəsinə və yaxınlarına başsağlığı verirəm»

 

Qeyd edək ki, Avropa Parlamentinin prezidenti, tanınmış siyasətçi və jurnalist David Sassoli  yanvarın 11-də 65 yaşında Aviano şəhərində vəfat edib.