Səfir: «Kraliça II Elizabetə verilən hədiyyələr arasında Qarabağ atı da var»

“Kraliça II Elizabetə verilən hədiyyələr arasında «Zaman» adlı məhur Qarabağ atı da var”.

LAF TV.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviter hesabında yazıb.

“Qarabağ atları dəfələrlə Kral Vindzor at şousunda çıxış ediblər. Biz bu il Kraliça II Elizabetin taxta çıxmasının 70 illiyini qeyd edirik. Onun atlara sevgisi hər kəsə məlumdur”, — diplomat qeyd edib.