Rusiyalı aktyor evində ölü tapıldı

Rusiyalı aktyor Aleksey Geriloviç Moskvadakı evində ölü tapılıb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Məlumata görə, 48 yaşlı aktyor bir neçə gün əlaqəyə çıxmayıb. Onun meyitini evinə gələn dostu aşkarlayıb. İlkin məlumata görə, Geriloviç təbii səbəblərdən ölüb.

Qeyd edək ki, aktyor “Univer”, “Qluxar”, “Otdel”, “Posledniy ment” kimi məşhur seriallarda çəkilib.