Rusiya Qazaxıstandan 2 mindən çox adam evakuasiya edib

Rusiya hərbi aviasiyasına məxsus nəqliyyat təyyarələri Qazaxıstandan 2095 nəfəri evakuasiya edib.

«Unikal» xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

«Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə ümumilikdə 2095 Rusiya və xarici vətəndaş Qazaxıstan Respublikasından ölkəyə gətirilib. Yanvarın 11-də 376 Rusiya vətəndaşı Qazaxıstan Respublikasından Moskvaya hərbi nəqliyyat vasitəsi ilə yola salınıb» ,-  deyə  məlumatda qeyd olunub.