Qazaxıstan və Qırğızıstan baş nazirləri strateji əməkdaşlığı müzakirə edib

Qazaxıstan Baş naziri Əlixan Smailov və Qırğızıstan Baş naziri Akılbek Japarov arasında telefon danışığı olub.

APA TASS-a istinadən xəbər verir ki, tərəflər strateji əməkdaşlığın möhkəmləndirilməsi barədə razılıq əldə ediblər.

Qazaxıstan Baş naziri “qardaş Qırğızıstan Respublikası ilə strateji əməkdaşlığın dərinləşməsində maraqlıyıq”, — deyə telefon danışığında qeyd edib.

Xatırladaq ki, Qazaxıstandakı hadisələr fonunda ölkə vətəndaşlarının saxlanılmasına görə, Qırğızıstan iki dəfə rəsmi Nur-Sultana nota ünvanlamışdı.