Mustafa Şentop Qazaxıstanın Türkiyǝdǝki sǝfirini qǝbul edib

Türkiyǝ Böyük Millǝt Mǝclisinin sǝdri Mustafa Şentop Qazaxıstanın  Türkiyǝdǝki sǝfiri Abzal Saparbekulini qǝbul edib.

LAF TV.az TRT Azərbaycan-a istinadən xəbər verir kMustafa Şentop görüşdǝ Qazaxıstandakı proseslǝri yaxından izlǝdiklǝrini vǝ ölkǝdǝki sabitliyin tǝmin olunmasından mǝmnun olduqlarını qeyd edib.

Qazaxıstanda sabitliyin tǝmin olunmasının bölgǝ üçün çox ǝhǝmiyyǝtli ölduğunu vurğulayan Mustafa Şentop deyib: ‘‘Türkiyǝ bundan sonra da ǝlindǝn gǝlǝn dǝstǝyi vermǝyǝ hazırdır’’.

Abzal Saparbekuli isǝ ölkǝsindǝ yaşananlarla bağlı Mustafa Şentopa mǝlumat verib. Ölkǝdǝ asayişin bǝrpa olunduğunu ifadǝ edǝn Abzal Saparbekuli Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingentinin dǝ iki gün sonra ölkǝdǝn çıxmağa başlayacağını qeyd edib.

Qazaxıtanın Almatı şəhərində maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı yanvarın 2-dǝ başlayan etiraz aksiyaları toqquşmalarla nəticələnib.

Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev bu sǝbǝbǝn hökumətin istefasını qəbul etmişdi  vǝ ölkǝdǝ fövqǝladǝ vǝziyyǝt rejimi elan etmişdi.