Kreml: Sülhməramlıların Qazaxıstandan çıxarılma vaxtı KTMT ilə koordinasiya edilir

Rusiya sülhməramlılarının Qazaxıstandan çıxarılma müddəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə koordinasiyalı şəkildə aparılır.

APA-nın TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, sülhməramlı kontingentin Qazaxıstandan çıxarılması müddəti barədə təkcə Rusiyanın qərar vermədiyini, KTMT-yə üzv ölkələrlə məsləhətləşmələr aparıldığını qeyd edib.