Kanye Uest Ağalarovlarla iş birliyi qurmaq istəyir

Amerikalı reper Kanye Uest Rusiyaya səfər etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Billboard” nəşri yazıb.

 

Məlumata görə, musiqiçi bu il Moskvaya gedəcək. Hip-hop ifaçısı biznesini Rusiyada genişləndirməyi planlaşdırır. Reper “Crocus Group”un sahibi Araz Ağalarovla iş birliyi qurmaq istəyir.

Bundan başqa, o, Azərbaycanın Xalq artisti Emin Ağalarovla musiqi kollaborasiyası həyata keçirmək niyyətindədir.

Hazırda K.Uest yeni işgüzar sövdələşmələr üzərində işləyir. Reper hesab edir ki, bu, onun sərvətini 10 milyard dollardan çox artıracaq.