İğtişaşların Qazaxıstana vurduğu ziyan artdı

Qazaxıstanda iğtişaşlar nəticəsində dəymiş ziyanın məbləği 240 milyon dolları ötüb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin Milli Sahibkarlar Palatası məlumat yayıb.

Məlumata görə, 11 rayonda 1615 zərərçəkmiş sahibkarlıq subyekti və 1885 obyekt müəyyən edilib. Onlardan 1506 subyekt və 1771 obyekt Almatıdadır.

Ümumilikdə 1482 ticarət sahəsi, 44 ictimai iaşə, 61 maliyyə sektoru, 23 logistika və 5 KİV sahəsi zərər çəkib.