Hindistan səsdən sürətli qanadlı raketin sınağını həyata keçirib

Hindistan “Visakhapatnam” esminesindən gəmilər üçün nəzərdə tutulmuş səsdən sürətli “BrahMos” qanadlı raketinin sınağını həyata keçirib.

LAF TV.az TRT-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) özünün tviter səhifəsində yazıb.

Ötən ilin dekabr ayında Hindistanda “BrahMos” raketlərinin aviasiya versiyası sınaqdan keçirilmişdi. Səsdən sürətli bu qanaqlı raketlər “BrahMos Aerospace” Hindistan-Rusiya birgə müəssisəsində istehsal edilir.

Hazırda “Visakhapatnam” esminesinin silahlanmasında 16 gəmiəleyhinə “BrahMos” qanaqlı raketləri var.