Fələstin Rusiyanın təklifini qəbul etdi

HƏMAS Fələstin danışıqları üçün Rusiyadan dəvət aldıqlarını və Fələstin xalqının güzəştə getməmək və həqiqi siyasi iştirak şərti ilə dialoqda iştirak edəcəklərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının beynəlxalq əlaqələr üzrə məsul şəxsi Musa əbu Mərzuk açıqlama verib.

O, Rusiyadan barışıq danışıqlarında iştirak etmək üçün dəvət aldıqlarını bildirib.

Əbu Mərzuk hərəkatın Fələstinin milli birliyi və dincliyi üçün heç bir dəvəti rədd etmədiyini deyib.

Onun sözlərinə görə, bu dəvətdə iştirakın yeganə şərti Fələstin xalqının maraqlarından heç bir güzəştə getməmək və real siyasi iştirakın təmin olunmasıdır.