Bakı sakini gizlətdiyi «Kalaşnikov»u meşədən götürəndə tutuldu

Qusar rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan LAF TV.az verilən məlumata görə, nəticədə Bakı şəhər sakini, Qusarda qeydiyyatsız yaşayan əvvəllər məhkum olunmuş Akif Ağaxanov nömrəsi silinmiş “AKM” markalı silahı, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı ilə əvvəllər basdırdığı meşə ərazisindən çıxararkən saxlanılıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.