Azərbaycan lideri: «Sabah Azərbaycanın həyatında çox önəmli hadisə baş verəcək»

“Sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların hesabına Azərbaycanda böyük külək elektrik stansiyasının təməli qoyulacaq”.

LAF TV.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulur. Vəsaiti investorlar 100 faiz özləri təmin edəcəklər”, — Prezident vurğulayıb.