Akar Ermənistanın təxribatını pisləyib, Azərbaycana dəstək ifadə edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) nazir Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığına dair məlumat yayıb.

APA-nın yerli bürosunun Türkiyə MN-ə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Akar Azərbaycan Ordusunun mövqelərini hədəf alaraq atəşkəsi pozan Ermənistanın təcavüzkar davranışını pisləyib.

 

O, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib. Türkiyəli nazir ölkəsinin bundan sonra da haqlı mübarizəsində Azərbaycanın yanında olacağını vurğulayıb.

H. Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.