Ərdoğan: «Türkiyəyə qarşı terrorun kökünü kəsəcəyik»

“Akçakale sərhəd xəttində terrorçuların əldəqayırma partlayıcı qurğunu partlatması nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət və millətimizə başsağlığı diləyirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

“Şəhidlərimizin qanı yerdə qalmadı və qalmayacaq. Ölkəmizə qarşı olan terror təhlükəsinin kökünü qurutmağa davam edəcəyik”, — o vurğulayıb.