ÜST «TURKOVAC»ın təhlükəsizliyi ilə bağlı məlumat gözləyir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “TURKOVAC”la bağlı açıqlama verib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, ÜST-ün regional məsləhətçisi Siddhartha Datt Türkiyənin peyvəndlə bağlı təşəbbüsünü yüksək qiymətləndirib və buna görə təşəkkür edib.

 

Onun sözlərinə görə, COVID-19 peyvəndi ilə bağlı ölkələrin araşdırmalar aparması, peyvənd hazırlaması, bütün bu addımlar təqdirəlayiqidir:

 

“Buna görə də Türkiyəyə və bu istiqamətdə işlər görən digər ölkələrə təşəkkür edirik. Biz Türkiyənin “TURKOVAC” peyvəndinin sınaqlarını keçirdiyini bilirik və bu ölkənin peyvəndlə onun təhlükəsizliyi və effektivliyi ilə bağlı informasiyanı ÜST-ə təqdim etməsini gözləyirik”, — deyə, açıqlamada qeyd olunub.