Türkiyəli futbolçu avtomobil qəzasında həlak olub

Türkiyəli futbolçu, «Konyaspor»un müdafiəçisi Əhməd Çalık avtomobil qəzasında həlak olub.

Trend-in məlumatına görə, 27 yaşlı futbolçu Ankarada avtomobilin idarəetməsini itirərək qəza törədib və nəticədə avtomobil aşıb.

Futbolçu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, 2020-ci ildən «Konyaspor»da çıxış edən Ə.Çalık 2017-2020-ci illərdə «Qalatasaray»ın heyətində çıxış edib və iki dəfə Türkiyə çempionu olub. Bundan başqa, o, Türkiyə kubokunun və Superkubokunun sahibi olub.